Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun Qaraməryəm - İsmayıllı hissəsinin yenidən qurulması layihəsi

11 августа 2016- 00:00
11 Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun Qaraməryəm - İsmayıllı hissəsinin yenidən qurulması layihəsi

     “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 min əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən, istismar müddəti bitdiyi üçün uzun müddətdir ki, yararsız vəziyyətdə olan Qaraməryəm – İsmayıllı - Şəki avtomobil yolunun Qaraməryəm - İsmayıllı hissəsi qısa müddət ərzində əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir.

 

 

     

      Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu 1970-ci illərdə tikilib istifadəyə verilmişdir.

 

 

Yolun əsas göstəriciləri

 

- Yolun uzunluğu - 29 km;

- Yol III texniki dərəcəlıdir;

- Yolun torpaq yatağının eni 12.00 m;

- Hərəkət hissəsinin eni 7m (2x3,5 m);

- Çiyinlərin eni 2x2,5 m-dir;

- Hərəkət zolaqlarının sayı – 2;

 

 

 

Yerinə yetirilmiş iş həcmləri:

 

- Asfalt-beton örtük, iki laydan ibarət qalınlığı 15 sm – 200 min m2

- Asfalt-beton qarışığı sərf edilmişdir – 72,0 min ton;

- Yol üzərində 2 körpü tikilmişdir:

- Yolun 2-ci kilometrində Mehmanlı çayı üzərində uzunluğu 30, eni 10 metr olan körpü;

- Yolun 9-cu kilometrliyində Kürdmaşı çayı üzərində çayı üzərində uzunluğu 30, eni 10 metr olan               körpü;

- Yol üzərində 26 ədəd suötürücü borular tikilmişdir ki, onların da uzunluğu 364 m metr təşkil edir;

- Avtobus dayanacaqları tikilmişdir– 12 ədəd;

- Yol nişanları quraşdırılmışdır -38 ədəd;

- Məlumatverici tablo quraşdırılmışdır – 60 ədəd;

- Yol cizgi və göstərici xətləri çəkilmişdir – 14,5 min m2

     

     

      Bu yolun yenidən qurulması, İsmayıllı və Göyçay rayonlarının 34-ə yaxın yaşayış məntəqəsinin 27 mindən çox əhalisinin sosial –iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcəkdir.