Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi təmir olundu - VİDEO / FOTO

17 мая 2016- 00:00
11 Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsi təmir olundu - VİDEO / FOTO

           

            “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.

 

            Əziz Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 m-dir.

 

            Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranmış qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə mane olurdu.

 

            Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə küçənin 10 min m2 sahəsi 2 qat olmaqla asfatlanıb.

 

            Bundan başqa aparılmış işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min p/m yeni səki daşı düzülüb.

 

                Əziz Nəzərov küçəsi bu gündən etibarən tam yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.