“Azəravtoyol” ASC "Road&Traffic 2016" sərgisində iştirak edir - VİDEO / FOTO

11 мая 2016- 00:00
11 “Azəravtoyol” ASC

            “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı Ekspo Mərkəzində təşkil olunan 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak edir.

 

             “Azəravtoyol” ASC-nin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

 

            11-13 may tarixləri arasında davam edəcək "Road&Traffic 2016" sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və s. üzrə xidmətlər təklif edirlər.