Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulmasi layihəsi

7 мая 2016- 00:00
11 Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun  Muğanlı-Yevlax  hissəsinin yenidən qurulmasi layihəsi

            Ölkəmizdə yüksək keyfiyyətlə icra olunaraq yekunlaşan çoxsaylı yol infrastrukturu layihələrindən biri də dövlətimizin başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulması layihəsidir.

           

            Ölkəmizin mühüm regionlarını birləşdirməsi baxımından əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olmuşdur. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martından yolun əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır. 

           

            Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir.  Bu üzdən yol boyu daha geniş bərkitmə və torpaq işləri aparılıb.

 

            Sözügedən layihədə tikinti –quraşdırma işlərinə başlamamışdan əvvəl yolu ümumi uzunluğu 145 km olsa da sonradan yolun təxminən 30 km-ə yaxın hissəsi  (8,4 - 38 km hissəsi) sürüşmə zonasına aid olduğundan əlavə mühəndisi qurğuların layihələndirlməsi nəzərdə tutulmuş  və  həmin hissənin layihə tərkibindən çıxarılması məqbul hesab edilmişdir.

 

            Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı – Yevlax hissəsi layihə üzrə 2-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Əsaslı şəkildə yenidən qurulan 2 hərəkət zolaqlı yolun ümumi uzunluğu 115.15 km, yol yatağının eni 12,5 m, hərəkət hissəsinin eni isə 7.5 m-dir.

 

            Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda torpaq yatağının tikintisi üzrə 1 mln 870 min m3 torpaq işləri görülüb, yol geyiminin tikintisi üzrə isə 377 min m3 əsasın alt layı, 110 min m3 bitumlu əsas, 1 mln 077 min m2 bitumlu aralıq və 1 mln 070 min m2  asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb.

 

            “Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. 

 

            Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqları üzrə nəzərdə tutulan elektrik dirəklərin montajı işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, 16 200 paqon-metr əyri xətli dəmir tirin quraşdırılıb, işıqəksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanlarının qoyulub, 36 500 paqon-metr uzunluğunda piyada səkiləri tikilib. Drenaj işləri üzrə isə 8700 metr açıq beton küvetin və 55 000 metr uzunluğunda açıq torpaq kanalın tikintisi aparılıb.

 

 Yolun texniki parametrləri və süni qurğular