Salyan-Şirvan avtomobil yolunun tikintisi davam etdirilir - VİDEOREPORTAJ

8 апреля 2016- 00:00
11 Salyan-Şirvan avtomobil yolunun tikintisi davam etdirilir - VİDEOREPORTAJ

         

          “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Prezident İlham Əliyevin Sərəncamına əsasən uzun müddətdir ki, yararsız vəziyyətdə olan Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir.


          Uzunluğu 34 kilometr olan yolun III texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi çərçivəsində torpaq yatağının eni 13 metr, hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2 metrdir. 

 

          Sözügedən yolun tikintisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Artıq yolun 7 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib. Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib.

 

          Yenidənqurma işlərinin aparıldığı ərazinin 5 km-lik hissəsinə 2 qat olmaqla 20 sm. qalınlığında, 1.5 km-lik hissəyə isə 1 qat olmaqla 10 sm. qalınlığında müasir standartlara cavab verən asfalt-beton örtüyü döşənib. 1 km-lik hissədə isə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yol tam hazır vəziyyətə gətirilir.

 

           “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yolun tikintisi işləri çərçivəsində 300 min m2 sahəyə 3 qat olmaqla 25 sm. qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağırtonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. 

 

          Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20-yə yaxın yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.

 

   XƏBƏRƏ AİD FOTOLAR