N.Rəfiyev küçəsinin bir hissəsi abadlaşdırılıb - VİDEO / FOTO

28 марта 2016- 00:00
11  N.Rəfiyev küçəsinin bir hissəsi abadlaşdırılıb - VİDEO / FOTO

         

          Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində (Qazaxstan səfirliyinin ətrafı) abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilib.

 

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tədbirlər zamanı yol kənarında 750 m2 baxımsız ərazi kənar əşyalardan təmizlənib, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkiləri tikilib və asfaltlanıb, bəzi yerlərdə isə səkilərə 200 m2 bəzək daşı düzülüb.

 

          Yaşıllıq zonalarının yaradılması məqsədi ilə piyada səkilərinin kənarlarında ümumilikdə 60 m uzunluğunda divar tikilib. Divarın 120 m2 sahəsi üzlük daşları ilə üzlənib. Yaşıllıq zonalarına xüsusi kübrə verilmiş torpaq gətirilərək tökülüb və 44 ədəd həmişəyaşıl dekorativ ağac, həmçinin 620 m2 sahəyə qazon otu əkilib.

 

          Görülmüş işlər çərçivəsində sözügedən ərazinin 1300 m2  sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

   XƏBƏRƏ AİD FOTOLAR