Bakı-Qazax avtomobil yolunda yeni yol hissəsi salınıb - VİDEOREPORTAJ

3 марта 2016- 00:00
11 Bakı-Qazax avtomobil yolunda yeni yol hissəsi salınıb - VİDEOREPORTAJ

           

         Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 metr uzunluğunda, 12,5 metr enində yeni yol hissəsi salınıb.

 

         Geri dönmə üçün nəzərdə tutulmuş yeni yol hissəsinin tikintisi zamanı avtomobil yolunun hər iki istiqaməti üzrə təqribən 450 metrlik ərazidə 1,2 metr dərinlikdə torpaq qatı çıxarılıb, yeni yol yatağının əsası hissə-hissə kipləşdirilərək, tikilib. Ümumilikdə 6450 m2 sahədə əsaslı tikinti işləri həyata keçirilib.  Aparılan tikinti işləri zamanı 2,5 metr enində çiyinlər də tikilib.

        

         Daha sonra 4750 m2 sahəyə 2 qat olmaqla ( 12 sm + 6 sm ) 18 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. Ərazidə aparılan tikinti işləri çərçivəsində mövcud avtomobil yolu 3-12,5 metr enində genişləndirilib və yol ayrıcında 2200 m2 sahədə ( 800 m2 + 1400 m2 ) iki təhlükəsizlik adacığı tikilib. Təhlükəsizlik adacıqlarının 2200 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, əkənarlarına 400 p/m yeni səki daşları düzülüb.


        

          “Azəravtoyol” ASC-nin rəhbərliyinin daim nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılmış tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına 270 p/m əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

        

   XƏBƏRƏ AİD FOTOLAR