Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb - FOTO

11 августа 2017- 16:20
11 Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb - FOTO

      Bakı şəhərində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş- gəlişini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirməkdə davam edir.

 

Bu tədbirlər sırasında  metronun “Avtovağzal” stansiyasının  digər giriş-çıxış hissəsinə rahat gediş- gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsinin salınması da yer alır.

 

Yeni yol hissənin salınması metronun“Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, avtonəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.

 

Yeni yol hissəsinin ümumi uzunluğu 44 eni isə 20 metr təşkil edir.

 

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyada səkisi də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə  piyada keçidi də salınıb.

 

Qeyd edək ki, görülən işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti  tərəfindən tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayyət olunmaqla aparılıb.