Az    |     Ru    |     En
      

                             

 

 Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi:

 

  Dövlət orqanı:

   

  • “Azəravtoyol” ASC

 

 

Xidmətin məzmunu:

 

  • Bu xidmət “Azəravtoyol” ASC-nin balansında olan ümumi istifadədə olan avtomobil yollarının mühafizə zolağında kommunikasiya xətlərinin çəkilməsi və magistral yollarından giriş-çıxış verilməsi ilə bağlı münasibətləri əhatə edir.

 

Xidmətin aid olduğu təsnifat:

 

  • Yol təsərrüfatı

 

Xidməti həyata keçirən dövlət orqanının və ya onun struktur bölməsinin adı:

 

  • “Azəravtoyol” ASC

 

Xidmətin icrasında iştirak edən dövlət orqanının və ya onun struktur bölməsinin adı:

 

Xidmətin hüquqi əsası:

 

  • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 dekabr tarixli, 778-IQ nömrəli Qanunun 13-cü maddəsi;
  • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli, 378-VQD nömrəli Qanunu;
  • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli, 1154 nömrəli Fərmanı;
  • “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli, 826 nömrəli Fərmanı;
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli, 188 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndi və 3.2.1-ci yarımbəndi.

 

Xidmətin həyata keçirilmə formaları:

 

  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması    

 

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması:

 

  • Poçt xidməti vasitəsilə məlumatllandırma
  • Yerində (şifahi və yazılı) məlumatlandırma   

 

Xidmətin həyata keçirilməsinin nəticəsi:

 

  • Razılığın (texniki şərt) verilməsi

 

Xidmətin istifadəçisi barədə məlumat:

 

  • Dövlət orqanları
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər

 

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası:

 

  • Qeyd edilməyib

 

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti:

  • Günlər:                                                          Həftənin 1-5-ci günləri
  • İşin başlama vaxtı:                                        09:00:00
  • İşin sona çatma vaxtı:                                   18:00:00
  • Fasilənin başlama vaxtı:                               13:00:00                             
  • Fasilənin sona çatma vaxtı:                          14:00:00

 

Xidmətin göstərilmə yeri:

 

  • “Azəravtoyol” ASC-nin inzibati binası

 

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları:

 

  • Qanunvericilikdə nəzərdə tutulmuş hallarda xidmətin göstərilməsindən imtina edilir.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması:

 

Tələb olunan sənədin adı

 

- Tələb olunan sənədin təqdimedilmə forması

- Kommunikasiya xətlərinin köçürülməsi cizgiləri və giriş-çıxış avtomobil yolunun layihəsi  

 

Məktubla müraciət

 

  • Kağız daşıyıcıda

          

Ödənilmə üsulları:

  •  Ödənişsizdir

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar:

 

  • Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi üçün sahibkarlar (istifadəçilər) tərəfindən “Azəravtoyol” ASC-yə aşağıdakı sənədlər təqdim edilir:
  • Ərizə (fiziki şəxslər) və ya məktub (dövlət orqanları, hüquqi şəxslər) müraciət edirlər.
  • Obyektin yerləşmə planı, torpaq sahəsinin sənədləri, obyektin istismar göstəriciləri, kommunikasiya xətlərinin işçi cizgiləri, obyektin texniki göstəriciləri və avtomobil yolunun hansı kilometrində yerləşmə yeri göstərilməlidir.
  • Sənədlər “Azəravtoyol” ASC-yə daxil olduğu gündən qeydiyyata alınır və təqdim edilən məlumatların dürüstlüyü yoxlanılır.
  • Ərizəçi fiziki şəxs olduqda, ərizədə onun soyadı, adı, atasının adı və ünvanı göstərilməklə şəxsi imzası ilə təqdim edilməli, şəxsiyyət vəsiqəsinin surəti və telefon nömrəsi ərizəyə əlavə olunmalıdır. Məktub hüquqi şəxs tərəfindən verildikdə, hüquqi şəxsin adı, hüquqi ünvanı və ya olduğu yer göstərilməklə, onun  rəhbərinin və ya  səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməlidir. 5 iş günü müddətində əraziyə (obyektə) baxış keçirilməsinin zəruriliyi haqqında ərizəçiyə (şifahi) məlumat verilməlidir. Aparılmış baxış zamanı işçi cizgilərin yerli şəraitə uyğun müəyyənləşdirilir. Texniki şərtlərin qüvvədə olma müddəti 1 həftədən 1 ilə qədər müəyyən edilməklə verilir. Təqdim edilmiş ərizə və ya məktub 30 iş günü müddətində cavablandırılır.

 

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar:

 

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. 

 

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları:

 

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri:    

 

Xidmətin elektronlaşma səviyyəsi:

 

  • Elektronlaşdırılmayıb

 

 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

 

  • Avtomatlaşdırılmayıb

 

  Xidmətin elektron ünvanı:

 

  • azeravtoyol.gov.az

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin