Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır

9 İyun 2017- 00:00
11 Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

Rənglənmə işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək. Bu üzdən "Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyyə edir.

   

Qeyd edək ki, üfuqi nişanlanma xətlərinin çəklişi işləri bu gün axşam saatlarınadək tam olaraq yekunlaşdırlacaq.