Kursu bitirənlərə sertifikat verildi

30 Oktyabr 2015- 00:00
11 Kursu bitirənlərə sertifikat verildi

   “Azəryolservis” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutundatəşkil edilmiş ixtisasartırma kurslarında təhsil alan orta səviyyəli mütəxəssislərın ilk qrupu kursu müvəffəqiyyətlə bitirib.

 

       “Azəryolservis” ASC “Azəryolelmitədqiqatlayihə” İnstitutunda avtomobil yollarının yüksək keyfiyyətdə tikilməsi və uzunmüddətli istismarının təmin edilməsi, institutda işləyən mühəndislərin hazırlıq səviyyəsinin və elmi fəaliyyətinin yüksəldilməsi, avtomobil yollarının tikintisində istifadə olunan materialların yoxlanılmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzun ömürlüyünün təmin olunması məqsədilə 01 oktyabr 2015-ci il tarixdən orta səviyyəli mütəxəssislər üçün ixtisasartırma kursları təşkil edilmişdir.

 

         Sözügedən kurslarda orta səviyyəli mütəxəssislər “ Yol inşaat materiallarının labaratoriya sınaqları ”, “ Yol inşaat materiallarının labaratoriya sınaqları ( operator – asfaltbeton ) ”, “ Avtomobil yollarının tikintisi ” ( mexanizator – avtoqreyder ), “ Avtomobil yollarının tikintisi ” ( mexanizator – vərdənə ), “ Avtomobil yollarının tikintisi “ ( layihə - axtarış ) işləri üzrə 1 aylıq kursu bitiriblər. Kursu bitirənlərə müvafiq olaraq sertifikatlar təqdim edilib.

 

XƏBƏRƏ AİD FOTOLAR