Xətai prospektində rənglənmə işləri aparılacaq

17 May 2017- 00:00
11 Xətai prospektində rənglənmə işləri aparılacaq

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

          Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00 - dan etibarən Xətai  prospektində avtonəqliyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq. İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.

 

           "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.