Biləsuvar rayonu Əliabad kəndinin yolu yenidən qurulub – VİDEO / FOTO

10 May 2017- 00:00
11 Biləsuvar rayonu Əliabad kəndinin yolu yenidən qurulub – VİDEO / FOTO

 

        Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən ölkə boyu aparılan kompleks tədbirlər çərçivəsində Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu əsaslı şəkildə təmir  olunub.

 

         

Sözügedən yolun uzunluğu 2 km-dir və başlanğıcını Ələt – Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106 km-dən götürür.

 

          Uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmayan yolda qabarmış və dağılmış hissələr yaranmışdır. Yolun bu vəziyyətdə olması həm avtonəqliyyat vasitələrinin, həm də vətəndaşların gediş-gəlişində xüsusən payız-qış aylarında müəyyən çətinliklər yaradırdı. Artıq bu problemlər köklü şəkildə həllini tapıb.

 

          Belə ki, əsaslı təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.

 

          Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu  qazılaraq  çıxarılıb,  əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib, yol əsasının tikintisi işləri aparılıb. 2 hərəkət zolaqlı olan yolun kənarlarında 1 m enində çiyinlər qurulub.

 

          Torpaq işlərindən sonra yolun asfaltlanması istiqamətində addımlar atılıb. Ümumilikdə isə yolun 12 min m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib.

 

          Daha sonra zəruri olan yerlərdə 14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

 

          Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimov Biləsuvar rayonu Əliabad kəndində anadan olub.