Suraxanı yolunda hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ

8 May 2017- 00:00
11 Suraxanı yolunda hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ

          Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Suraxanı yol ayrıcından Suraxanı dairəsinədək olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsi) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək.

 

          Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.