Rənglənmə işləri 2 küçə və 1 prospektdə davam etdiriləcək

27 Aprel 2017- 00:00
11 Rənglənmə işləri 2 küçə və 1 prospektdə davam etdiriləcək

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

Müvafiq işlər bu axşam saat 22:00- dan  etibarən  Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə  Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində  aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.  

 

 "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.