Gənc hüquqşünas dünya çempionu oldu

26 Oktyabr 2015- 00:00
11 Gənc hüquqşünas dünya çempionu oldu

          Bir-neçə ay bundan öncə Tiflisdə keçirilən “Xəzər-Qara Dəniz” ölkələrinin kubokunda erməni zabitini məğlub edən “Yol xətt” MMC-nin hüquqşünası Babək Əliyev dünya çempionu olub.

          Azərbaycanı təmsil edən Babək Əliyev WJJF ve ICO j-1 qaydası ilə Almanyanin Ştutqard səhərində keçirilən dünya çempionatında birinci yerə çıxaraq, bayrağımızı dalğalandırıb.

          Hər il combat idman novləri üzrə keçirilən dünya çempionatında 500-dən çox idmançı iştirak edib. Babək Əliyev 80 kiloqram çəki dərəcəsində ilk döyüşünü İtaliya təmsilçisi ilə keçirərək, ona qalib gəlib. Daha sonra rinqdə fransız əsilli İsveç təmsilçi ilə qarşı-qarşıya gələrək onu da məğlub etməyə müvəffəq olub və finala yüksəlib.

          Finalda gənc hüquqşünas Əlcəzair idmançısı Mehdi Maunanedi ilə üz-üzə gəlib. Bu görüşdə də Babək Əliyev rəqibinə şans verməyərək dünya çempionu tituluna sahib olub. 

          “Azəryolservis” ASC idmançımızı qələbə münasibəti ilə təbrik edir və ona gələcək idmançı karyerasında uğurlar arzu edir!

 

XƏBƏRƏ AİD FOTOLAR