4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək

25 Aprel 2017- 00:00
11 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu  gün səhər 11:00-dan etibarən  Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev  sarayının arxası)  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

 

          Anoloji işlər 22:00-dan etibarən isə  Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül  və Səməd Vurğun  küçələrində  aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. 

 

          "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.