DİQQƏT! Bu gecə 3 küçədə rənglənmə işləri aparılacaq

24 Aprel 2017- 00:00
11 DİQQƏT! Bu gecə 3 küçədə rənglənmə işləri aparılacaq

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq.  

 

          Rənglənmə işləribu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.  

 

          "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.