İnşaatçılar və Tbilisi prospektlərində rənglənmə işləri aparılacaq

19 Aprel 2017- 00:00
11 İnşaatçılar və Tbilisi prospektlərində rənglənmə işləri aparılacaq

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

 

          Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. 

 

          "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.