Gecə 2 prospektin rənglənməsi işləri aparılacaq

18 Aprel 2017- 00:00
11 Gecə 2 prospektin rənglənməsi işləri aparılacaq

 

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22 : 00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

 

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. 

 

 

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.