Yasamal rayonu Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

18 Aprel 2017- 00:00
11 Yasamal rayonu Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Mikayıl Müşfiq küçəsində müvafiq işlər aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

          "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.