“Azəravtoyol” ASC “Caspian Energy Award” mükafatına layiq görülüb - FOTO

13 Aprel 2017- 00:00
11 “Azəravtoyol” ASC “Caspian Energy Award” mükafatına layiq görülüb - FOTO

          Bakıda 4-cü  Beynəlxalq Kaspian Enerji Forumu keçirilib.

 

          Forumun sessiyalarında “ İqtisadi islahatlar və ilkin nəticələr” və “ Əsas layihələr-  Xəzər regionu dövlətlərinin enerji sektorunun investisiya cazibədarlığı”  mövzuları müzakirə olunub.

 

          Daha sonra forum çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Mərasimdə iştirak edən şirkət və müəssisələr “Caspian Energy Award” mükafatına layiq görülüb.

 

          Mükafatlandırlanlar sırasında “ Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti də olub.

 

          Cəmiyyət  “Yol infrastrukturunun yenidən qurulması  və inkişafı sahəsində ilin şirkəti” adına layiq görülüb.