Xəzər rayonunda 2 küçədə hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ

11 Aprel 2017- 00:00
11 Xəzər rayonunda 2 küçədə hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Dövlət Elektirik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

 

Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.