Yusif Səfərov küçəsində asfaltlanma işləri aparılır - VİDEO / FOTO

6 Aprel 2017- 00:00
11 Yusif Səfərov küçəsində asfaltlanma işləri aparılır - VİDEO / FOTO

 

 

Asfalt-beton örtüyünün döşənməsi işləri Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 m-lik hissəsində aparılır

 

Ümumilikdə küçənin 25 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub. Hazırda asflatlanma işləri yüksək sürətlə davam etdirilir.  Artıq yolun 12 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

 

Yol geyimin salınması  işləri  tamamilə  bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

 

Sözügedən küçədə hərəkətin intensivliyini nəzərə alınaraq “Azəravtoyol” ASC işlərin  qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib.

 

Küçədə təmir işləri həftə sonuna qədər yekunlaşdırılacaq.

 

Təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

 

Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1.2 km-lik hissəsi də təmir edilmişdi.