Bakı Dairəvi-1 avtomobil yolunda rənglənmə işləri aparılır

6 Aprel 2017- 00:00
11 Bakı Dairəvi-1 avtomobil yolunda rənglənmə işləri aparılır

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

          Anoloji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

 

           “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.