Bu gecə 3 küçədə rənglənmə işləri aparılacaq

5 Aprel 2017- 00:00
11 Bu gecə 3 küçədə rənglənmə işləri aparılacaq

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

 

          Anoloji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq. Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

 

          “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.