Binəqədi və Səbail rayonlarında da yolların xətlənməsi işlərinə başlanıldı

5 Aprel 2017- 00:00
11 Binəqədi və Səbail rayonlarında da yolların xətlənməsi işlərinə başlanıldı

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə,  piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

          Anoloji işlər bu gün səhər saatlarından başlayaraq  Binəqədi rayonu Xocahəsən yolunda, həmçinin Səbail rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində aparılır.

 

         Qeyd edək ki, rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

 

          “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.