Yusif Səfərov küçəsinin daha bir hissəsi təmir edilir - VİDEO / FOTO

4 Aprel 2017- 00:00
11 Yusif Səfərov küçəsinin daha bir hissəsi təmir edilir - VİDEO / FOTO

 

          Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsində daha bir hissəsində təmir işlərinə başlanılıb.

 

          Bu dəfə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 m-lik hissəsində təmir işləri aparılır. Təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

 

          Hazırda ərazidə köhnə asfalt- beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri  yekunlaşmaq üzrədir. Daha sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Ümumilikdə küçənin 25 min m2 sahəsi asfaltlanacaq.

 

          Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkiləcək, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

 

          Sözügedən küçədə hərəkətin intensivliyini nəzərə alınaraq “Azəravtoyol” ASC işlərin  qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb edib. Təmir işlərinin həftə sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

 

          Xatırladaq ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1.2 km-lik hissəsi də təmir edilmişdi.