Bu küçələrdə hərəkət məhdudlaşdırılır -XƏRİTƏ

31 Mart 2017- 00:00
11 Bu küçələrdə hərəkət məhdudlaşdırılır -XƏRİTƏ

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

          Bununla əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

          Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.