Neftçilər prospekti və Niyazi küçəsində hərəkət məhdudlaşdırılacaq

29 Mart 2017- 00:00
11 Neftçilər prospekti və Niyazi küçəsində hərəkət məhdudlaşdırılacaq

          “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

 

          Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən “Azneft meydanı”nadək olan hissəsində və Niyazi küçəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

 

          “Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.