Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılır

17 Mart 2017- 00:00
11 Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılır

          Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq.

 

          Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

           Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.