Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

16 Mart 2017- 00:00
11 Binəqədi-Mehdiabad yolunda hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

          Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

 

          Məhdudlaşdırma bir-neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

 

          Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.