Cəfər Xəndan küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

22 Fevral 2017- 00:00
11 Cəfər Xəndan küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

          Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

 

          Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.