Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb – VİDEO / FOTO

6 Fevral 2017- 00:00
11 Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb – VİDEO / FOTO

           Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında aparılan yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilərək yaxınlıqdakı mövcud xətlərə birləşdirilir.

 

          “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən qələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

 

          Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişilikedilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Bu üzdən sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyyə olunur.

 

          Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.