Ağsu dolaylarında sürüşmə aktivləşib - FOTO

6 Fevral 2017- 00:00
11 Ağsu dolaylarında sürüşmə aktivləşib - FOTO

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Sözügedən hissədə yol 40-50 sm çöküb. 


          Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.


          Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.