Gecə boyu yollar buzdan və qardan təmizlənib - VİDEO / FOTO

2 Fevral 2017- 00:00
11 Gecə boyu yollar buzdan və qardan təmizlənib - VİDEO / FOTO

          Ötən gecə və səhər saatlarında olduğu kimi bu gün də avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhərinin “Azəravtoyol” ASC-nin balansında olduğu küçə və prospektlərin, o cümlədən respublikanın avtomobil yollarının qardan və buzdan təmizlənməsi istiqamətində işlər aparılıb.

 

          Yollara Azəravtoyol" ASC-ə məxsus qar kürüyən, duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə cəlb edilib. Atılmış addımlar nəticəsində nə Bakı şəhərində, nə də ki, respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.