“Azəravtoyol” ASC-də növbəti hesabat yığıncağı keçirilib – VİDEO / FOTO

31 Yanvar 2017- 00:00
11 “Azəravtoyol” ASC-də növbəti hesabat yığıncağı keçirilib – VİDEO / FOTO

           

            Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib.

 

            Yığıncaq iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

            Daha sonra cəmiyyətin akt zalında davam edən hesabat yığıncağını giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb.

 

            Cəmiyyətin sədri Saleh Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə yaradıldığını qeyd edib: 1992-ci il noyabr ayının 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş verdi. Ulu öndərimiz  Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, tarixi bir hadisə idi. Çünki, müstəqilliyimizin ilk aylarını, ilk illərini hamımız yaxşı xatırlayırıq.  Çox ağır, faciəvi illər idi. Biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. Belə bir şəraitdə cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəldilər.”

 

            Saleh Məmmədov əlavə etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını hazırda uğurla davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir.

 

             Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev hesabat dövrü ərzində təşkilat tərəfindən həyata keçirilən işlər barədə yığıncaq iştirakçilarına geniş məlumat verib: " "Azəravtoyol" ASC-nin  ümumi cəmi 1500 nəfər partiya üzvündən 300  nəfəri YAP Nəsimi rayon təşkilatının partiyanın qeydiyyatındadır. Hesabat dövründə Cəmiyyət üzrə ərazi ilk partiya təşkilatı tabe idarə və müəssisələrdə 25 dayaq məntəqəsi yaradıb və YAP Nəsimi rayon təşkilatı tərəfındən keçirilən bütün tədbirlərdə ilk ərazi təşkilatı üzvləri aktiv iştirak edirlər."

 

            Hesabat yığıncağı təşkilatın Gənclər Birliyinin sədri Elnarə Rəşidovanın çıxışı ilə davam edib. Elnarə xanım Yeni Azərbaycan Partiyasının ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanlar yaratdığını bildirərək, bu gün partiyanın sıralarında 250 mindən çox gəncin olduğunu qeyd edib.

 

            YAP Nəsimi rayon təşkilatı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının hesabat yığıncağında təşkilatın fəaliyəti iştirakçılar tərəfindən müsbət qiymətləndirilərək təşkilatın 11 nəfərdən ibarət idarə heyyəti seçilib.

 

            Daha sonra Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.

 

            Sonda səsvermə yolu ilə YAP Nəsimi rayon təşkilatı “Azəravtoyol” ASC üzrə ərazi ilk partiya təşkilatının sədri və sədr müavinləri seçilib. Təşkilatın sədri vəzifəsinə yekdil səslə “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev, təşkilatın sədr müavinləri vəzivəsinə isə cəmiyyətin İşlər idarəsinin mütəxəssisi Rəşad Hacıyev və “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli seçiliblər.