Diqqət! Paytaxtın şimal girişində hərəkət məhdudlaşdırılır

17 Yanvar 2017- 00:00
11 Diqqət! Paytaxtın şimal girişində hərəkət məhdudlaşdırılır

Sürücülərin nəzərinə!

 

Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yolarda (Şamaxinka) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.

 

Yarana biləcək narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.