Xətai rayonunda inşa olunan yeni yol vətəndaşların istifadəsinə verildi - VİDEO / FOTO

12 Yanvar 2017- 00:00
11 Xətai rayonunda inşa olunan yeni yol vətəndaşların istifadəsinə verildi - VİDEO / FOTO

         

         Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında  vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb.

 

          Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilib. 

 

          Uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan  piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.

 

          Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması işləri aparılıb.  Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı da düzülüb.

 

          Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.