Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib - VİDEOREPORTAJ / FOTOLAR

23 Yanvar 2017- 00:00
11 Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib - VİDEOREPORTAJ / FOTOLAR

         

           Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb. 

 

          Avtomobil yolu yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

          Ümumi uzunluğu 19 km olan yolun 6.2 km-i Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2014-cü il və 8 yanvar 2015-ci il tarixli Sərəncamlarına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12.8 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilmişdi.        

    

          Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Bu problemin həlli  üçün cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılıb.

 

            Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Ərazidə qum-çınqıl qarışığı və  optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 157 min m2 ərazi asfaltlanıb.

 

          Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb.

 

            Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 km uzunluöunda üfiqi nişanlama xətləri də çəkilib.

 

            Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.