Az
      

          “Azəravtoyol” ASC-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2017-ci il münasibəti ilə tədbir keçirilib.

 

          Tədbiri giriş nitqi ilə açan cəmiyyətin sədri Saleh Məmmədov 2016-cı il ərzində Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı”“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb və 2017-ci ildə də bu istiqamətdə addımların atılacağını, prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərin əldə olunacağını vurğulayıb.

 

          “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov bütün Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2017-ci il münasibəti ilə ürəkdən təbrik edib, qarşıdan gələn ildə hər bir azərbaycanlıya can sağlığı, xoşbəxtlik və firavanlıq arzu edib.

 

          Sonda il ərzində iş fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb.

30.12.2016