Az    |     En
      

            Azərbaycan prezidenti İlham Əliyevin  2016-cı il 28 aprel tarixli 2010 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yolarında yenidənqurma işlərinin davam etdirilməsi çərçivəsində Əli İsazadə küçəsinin  yenidən qurulması işləri Azəravtoyol” ASC-yə həvalə edilmiş və yenidənqurma işləri qısa müddət ərzində aparılaraq başa çatdırılmışdır.

 

        Yenidən qurulan avtomobil yolu Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan  avtomagistralındakı  mövcud yol qovşağından istifadə etməklə  Binə qəsəbəsinə, Mərdəkan, Bilgəh , Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru  əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan verəcəkdir.

 

                                               YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ:

 

Yolun uzunluğu- 4,5 km ;

Mövcud yolun eni – 6-7 m

Genişləndirildikdən sonra yolun orta eni – 18,0  m

Hərəkət hissəsinin eni – 14,0 m

Ayırıcı zolağın eni   - 1,0 m

Hərəkət zolaqlarının sayı  - 4 ədəd

Səkilərin eni -2x1,5 m.

 

                                             YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ:

 

- Qaz  xətti köçürülmüşdür  - 3,5 km;

- Beton səki daşı düzülmüşdür -  25,2  min m;

 - 2 laydan ibarət  12 sm  qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir – 63,2  min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir – 18,2 min ton;

- Yeni səkilər tikilmişdir  - 13,5 min m2;

-  Ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 4,1 min m2;

- 115 ədəd  9 m hündürlüyündə  dirək olmaqla yeni işıqlandırma sistemi quraşdırılmışdır;

-  yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır  -  17 ədəd

 

          Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidən qurulmasını “Azəravtoyol” ASC-nin “Bakı 3 №-li Yol İstismarı” MMC-nin kollektivi yerinə yetirmişdir.

27.12.2016