Az
      

          “Ağ şəhər”  layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan yenidənqurma işləri yekunlaşdırılıb.

 

Tikinti işlərinin yekunlaşdığı küçələr bunlardır:

 

  1. Xəqani Rüstəmov küçəsinin 520 m-lik hissəsi;
  2. 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi;
  3. 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi;
  4. Bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 və 70 m uzunluğunda olan 1 kiçik küçə.

 

                             Yenidən qurulan küçələrin əsas göstəriciləri:

 

Ümumi  uzunluğu   -  1912 m

Yolların ümumi eni - 16-47 m

Hərəkət zolaqlarının sayı - 2-4-6 ədəd

Piyada səkilərinin eni  - 3-6-10 m

 

                            Yolun konstruksiyası:

 

- Əsasın alt layı layı,  optimal tərkibli karxana materialından qalınlığı  - 40 sm;

- Əsasın alt layı layı,  optimal qum-qırmadaş qarışığı, qalınlığı - 27 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı  - 25 sm;

- Asfaltbeton örtük, 3 laydan ibarət (15+8+4 sm) qalınlığı  - 27 sm;

 

                         Yerinə yetirilmiş işlər:

 

          Tikinti sahəsində  mazutlu və texnogen mənşəli qruntların yerləşməsi səbəbindən bu çirklənmiş materiallar  2,0 m-dək  dərinlikdə yol geyiminin alt hissəsindən qazılıb çıxarılıraq ərazidən daşınmışdır.

 

- Yararsız materialların qazılaraq ərazidən daşınması  - 1,2 milyon  m3 ;

- Karxanadan yararlı material daşınmışdar   - 1,0 milyon  m3 ;

- Qum-çınqıl və optimal qırmadaş qarışığından əsasın tikintisi  - 37,4 min m3 ;

- 3 laydan ibarət (15+8+4 sm) asfalt- beton örtüyün 27 sm qalınlığında tikintisi - 38,9 min ton;

- Qranit mərmər səki daşı düzülmüşdür  - 15,0 km ;

- Səkilərdə    bəzək daşları düzülmüşdür  - 20,0 min m2 ;

- İşıqlandırma sistemi quraşdırılmişdir  - 500 dirək;

- Yol nişanları   quraşdırılmişdir  - 200 ədəd; 

 

            Piyada keçidləri

             Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospektinin və kəsişməsində tikilən 2 ədəd yeraltı piyada keçidləri eyni ölçülərə malikdir:

 

- Uzunluğu- 220 m

- Eni- 8 m

- Hündürlüyü- 3,2 m

- Eskalatorların sayı- 8 ədəd

 

            Qeyd edək ki,“Ağ şəhər” ərazisinin yol şəbəkəsi ümumi uzunluğu 22,3 km  olan və eni 16,0 m- dən 47, 0 m-ə kimi dəyişən 63 küçədən və yeni tikilən 2 piyada keçidindən  ibarətdir.

 

            Avtomobil yollarının tikintisi  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “Bakı 2 № - li Yol İstismarı” MMC tərəfindən yerinə yetirilir.

27.12.2016