Az    |     En
      

          Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.

 

          Yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.

 

          “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metr olacaq. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metr olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.

 

          Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

          Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir.

       

          Qeyd edək ki, keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar quraşdırılacaq.

 

16.12.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin