Az    |     En
      

          Azərbaycan Respublikasının Prezidentinin  2016-cı il 02 avqust tarixli Sərəncamına əsasən 62 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi  “Azəravtoyol” ASC-yə həvalə edilmiş və bu  məqsədlə  Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,0 milyon manat vəsait ayrılmışdır.

            Yenidən qurulan yol sözügedən yaşayış məntəqələrinin əhalisinin gediş-gəlişini rahatlaşdırmaqla yük və sərnişin daşımasının yaxşılaşmasına imkan vermişdir.

 

                                         YOLUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

Yolun uzunluğu- 5,0 km ;

Yolun ümumi  eni – 9,0-10,0 m;

Yolun hərəkət hissəsinin eni -7,5-8,5 m;

Hərəkət zolaqlarının sayı – 2 ədəd;

Səkilərin eni -2x1,5 m.

                                         YERİNƏ YETİRİLƏN İŞ HƏCMLƏRİ

-  Qırmadaş  materialı ilə qazılmış ərazinin doldurulması - 18,9  min m3;

-  Optimal qum-qırmadaş qarışığından  əsasın tikilməsi   – 7,2 min m3;

-  Müxtəlif diametrdə boru xətləri quraşdırılmışdır  - 470 p/m

-  Beton səki daşı düzülmüşdür -  6,0 min m;

 - 2 laydan ibarət  12 sm  qalınlığında (7+5) asfalt-beton örtük tikilmişdir – 73,0  min m2;

- Yolun tikintisində asfalt-beton qarışığı istifadə edilmişdir – 15,1  min ton;

- Yeni səkilər tikilmişdir  - 9,0  min m2;

-  Ağ və sarı üfüqi nişanlama xətt çəkilmişdir  - 2,7  min m2;

-  Yol nişanları  və məlumatverici lövhələr quraşdırılmışdır  -  57 ədəd

-  Avtobus dayanacaqlarında “Cib” tikilmişdir   - 9 yerdə

 

            Asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.          

 

            Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin yenidən qurulmasını   “Azəravtoyol” ASC-nin “Bakı 1 №-li Yol İstismarı” MMC-nin kollektivi   yerinə  yetirmişdir.

09.12.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin