Zığ-Hava limanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır!

7 Dekabr 2016- 00:00
11 Zığ-Hava limanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır!

          Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq 09 dekabr 2016-cı il tarixindən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağıdan 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.

 

          Sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.

 

          Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.