Az    |     En
      

          Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 12 sentyabr tarixli Sərəncamına əsasən ümumi uzunluğu 39 kilometr olan Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi işlərinə başlanılmışdır.      

  

          2014-cü ilin 28 avqust tarixində yolun 22 kilometr hissəsinin cənab Prezidentin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. 

 

          Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 iyul tarixli 2240 nömrəli Sərəncamına əsasən Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir və sözügedən layihənin bərpa və tikintisi başa çatdırılmışdır.

 

          Yolun uzunluğu 39,3 km-dir və  IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yol-tikinti işləri yerinə yetirilmişdir.

 

Bu yolun tikintisi 25,0  min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

 

      

                               Avtomobil yolunun əsas texniki göstəriciləri

        

Yolun uzunluğu – 39,3 km

Yolun texniki dərəcəsi - IV

Hərəkət hissəsinin eni –6,0 m   

Hərəkət zolaqlarının sayı -2 ədəd

Hərəkət zolağının eni -  3,0m

Çiyinin eni -     2x1,5 m

Torpaq yatağının eni – 10 m

 

                                           Yolun konstruksiyası:

 

- Əsasın alt layı layı – karxana çınqılından, qalınlığı - 28 sm;

- Əsasın üst layı -optimal qırmadaş qarışığı, qalınlığı - 10 sm;

- Asfaltbeton örtük  2 laydan ibarət (6+3 sm) qalınlığı - 9 sm;

 

                               Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 176,1 min  m3 çınqıl və qum-qırmadaş

qarışığı sərf edilmişdir;

- 2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə  - 50,1 min ton asfalt-beton qarışığı sərf edilmişdir;

- Diametri 600-1500mm olan su borusu tikilmişdir – 80 ədəd

- Yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır                        - 360 ədəd

- Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır – 26 ədəd

- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir – 32,0 km

 

Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun

           tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  “36 № - li Yol

           İstismarı”  MMC   tərəfindən yerinə yetirmişdir.

14.11.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin