Lerik-Kəlvəz-Göydərə yolunda qaya parçası partladıldı - VİDEO / FOTO

3 Noyabr 2016- 00:00
11 Lerik-Kəlvəz-Göydərə yolunda qaya parçası partladıldı - VİDEO / FOTO

          Bir-neçə gün bundan öncə Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş vermişdi.

 

          Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olmuşdu.

 

          Dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunaraq yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunmuşdu.

 

          Yolun bir hissəsinə isə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmamışdı. Bu səbəbdən də qaya parçasının partladılaraq kənarlaşdırılması barədə qərar qəbul olunmuşdu.

 

          Bu gün qaya parçası “Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı idarəsi tərəfindən partladıldıqdan sonra yolun tam olaraq təmizlənməsi təmin olunmuşdu.