Qəza zamanı yol təsərrüfatına ziyan dəyib – FOTO

28 Oktyabr 2016- 00:00
11 Qəza zamanı yol təsərrüfatına ziyan dəyib – FOTO

         Ötən gün gecə saatlarında Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

 

          Belə ki, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılmış, nəticədə mühəccərlərin bir hissəsi dağılmış və deformasiyaya uğramışdır.

 

          Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr mühəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.