Daxili və xarici investisiya hesabına yerinə yetirilən layihələr - HESABAT

25 Oktyabr 2016- 00:00
11 Daxili və xarici investisiya hesabına yerinə yetirilən layihələr - HESABAT

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli, 291s nömrəli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi (II mərhələ), Xocasən - Lökbatan avtomobil yolunun 11-19 km hissəsinin yenidən qurulması və s. üçün, həmçinin regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə yönəldilmişdir.

 

          Respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. 

 

1. Gəncə regionunda (Ağstafa – Poylu – Gürcüstan Respublikası ilə  dövlət sərhədi avtomobil yolunda (R-24) dörd ədəd körpünün layihələndirilməsi və tikintisi layihəsi

 

          Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən bu layihə, Ağstafa rayonu ərazisində inşaası planlaşdırılan ümumilikdə 4 ədəd körpünün tikintisini əhatə etməklə, 3 ədəd körpünün R-24 Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda və 1 ədəd körpünün Y-05-08 Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunda inşaasından ibarətdir. Tikinti işlərini Azərbaycan Respublikasının  “Körpü-Bina-Tikinti” MMC və “Gəncə-Körpü-Tikinti-2” MMC şirkətlərinin yaratdığı konsorsium aparır. Məsləhətçi isə İtaliyanın “IRD Engineering” şirkətidir. Körpülər aşağıdakı maneələr üzərində yerləşir: Kür çayı, Ağstafaçay, Acıdərəçay və dəmir yolu.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 45,53 %

 

 

2. Bakı – Şamaxı – Yevlax avtomobil yolunun (M-4) Bakı – Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi

    

          Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Kredit Sazişinə  əsasən, Bakı – Şamaxı avtomobil yolunun 101 km  hissəsinin (km 15-116) 4 zolağa genişləndirilməsi nəzərdə tutulur. Bakı – Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsi 15 – 45 km, 45 – 67 km, 67 – 91 km, 91 – 107 km hissələri üzrə yerinə yetirilir.

 

          “Bakı-Şamaxı avtomobil yolunun km 15-45 hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” üzrə Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında Kredit Sazişi 2010-cu il 11 avqust tarixində imzalanmışdır.        

           

          Bakı-Şamaxı avtomobil yolunun km 15-45 hissəsinin tikintisini  14 oktyabr 2015-ci il tarixinədək “Azərinşaatservis” MMC yerinə yetirmiş, 29 iyul 2016-cı il tarixindən isə “Polat Yol Yapı Sanaye və Ticarət” A.Ş. davam etdirir. Tikintiyə texniki nəzarət işlərini isə müvafiq olaraq Almaniya Federativ Respublikasının “Kocks”  şirkəti yerinə yetirmiş, hal-hazırda isə İtaliyanın “İRD” şirkəti davam etdirir.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 70,19 %

 

          “Bakı – Şamaxı avtomobil yolunun km 44,6-67,5 hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Türkiyənin “Polat Yol Yapı” şirkəti, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 83,91 %

 

 

          “Bakı-Şamaxı avtomobil yolunun km 67,5-91,0 hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir.  Yolun tikintisini Türkiyənin “Polat Yol Yapı” şirkəti, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir. 23.5 km uzunluğunda olan yolun tikintisinə 2013-cü ilin dekabr ayının 5-də başlanılmışdır.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 63,57 %

 

          “Bakı-Şamaxı avtomobil yolunun km 13,29-15,14 hissəsinin 4 zolağa genişləndirilməsi” layihəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilir. Yolun tikintisini Azərbaycanın “Körpü Bina Tikinti” MMC, tikintiyə texniki nəzarət işlərini isə Cənubi Koreyanın “Pyunghwa Engineering” şirkəti yerinə yetirir. 1,85 km uzunluğunda yolun tikintisinə 2016-cı ilin avqust ayının 3-də başlanılmışdır.

 

 

3. Mingəçevir-Bəhramtəpə  avtomobil yolunun (R-18) Mingəçevir-st. Mingəçevir,  Lot 1, 16.48 km (km 0-16.48) hissəsinin yenidən qurulması layihəsi

 

          Avropa Yenidənqurma və İnkişaf Bankının Kredit Sazişi hesabına həyata keçirilən R-18 Mingəçevir – Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihəsi 3 hissəyə bölünərək icra olunacaqdır:

Hissə 1 Mingəçevir-st.Mingəçevir 16.48 km (0-16.48);

Hissə 2 Qarağacı-Bəhramtəpə 111.9 km (26-137.9);

Hissə 3 Aran-Qarağacı 26.0 km (0-26).

 

          Hİssə 1 üzrə podratçı Azərbaycanın “AzVirt” MMC, məsləhətçi şirkət – Almaniyanın “Kocks Consult GmbH”dır.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 24,5 %

 

          Hissə 2 üzrə podratçı Türkiyənin “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş., məsləhətçi şirkət – Almaniyanın “Kocks Consult GmbH”dır.

          Hissə 3 üzrə podratçı Türkiyənin "Mehmet Güneş İnş.Yat.San. ve Ticaret" A.Ş., həmçinin Azərbaycanın "KBT MMC" birgə müəssisəsidir.

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 4,83 %

 

 

4. M3, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi

 

          Mövcud yolun uzunluğu 243 km-dir. Yeni trassa üzrə I dərəcəli, 4 zolaqlı yolun uzunluğu 39 km azalmaqla 203.9 km olması nəzərdə tutulur.  54,4 km yolun tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərənçay üzərindəki körpülərin tikintisi başa çatdırılmışdır. 149,5 km yolun tikintisi isə davam etdirilməkdədir.

 

          Yenikənd – Şorsulu avtomobil yolu üzrə:

 

          Yenikənd – Salyan, 23.41 km (km 31.0 – 54.41) və Salyan-Şorsulu, 24.8 km (km 55.80 – 80.60) hissələri üzrə Podratçı-“Evrascon-AzVirt” birgə müəssisəsidir. Tikintiyə texniki nəzarət işlərini Almaniya Federativ Respublikasının “Kocks  GmBH  Consulting” şirkəti yerinə yetirir. Qeyd olunan layihələr Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 55,44 %

 

        Şorsulu – Masallı avtomobil yolu üzrə:

 

         Şorsulu - Cəlilabad, 30.1 km (km 80.60  - 110.70) Podratçı - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 20,04 %

 

         Masallı-Cəlilabad, 32.2 km (km 110.70 – 142.90) Podratçı - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 80,33 %

 

          Tikintiyə  texniki nəzarət  işlərini müvafiq olaraq  ABŞ-ın “TERA İnternational Group” və İtaliyanın “İRD Engineering” şirkətləri yerinə yetirir.

 

          Masallı-Astara avtomobil yolu üzrə:

 

          A hissəsi, 22.15 km (km 0 – 22.15) Podratçı - əvvəlcə “Azərinşaatservis” MMC, 8 iyul 2016-cı il tarixindən isə - “Kolin İnşaat, Turizm, Sanaye ve Ticaret” A.Ş. olmuşdur.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 79,7 %

 

         B hissəsi, 19.35 km (km 22.15 – 41.5) Podratçı -  “Özgün Yapı, Sanaye ve Ticaret” A.Ş. - 01.10.2016-cı il tarixinə Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 70,67 %

 

        C hissəsi, 19.9 km (km 41.5 – 61.4) Podratçı - “Polat Yol Yapı Sanaye ve Ticaret” A.Ş.-dir.

 

Layihə üzrə faktiki yerinə yetirilmiş işlərin faizlə göstəricisi  – 64,11 %

 

         Hər 3 layihə üzrə tikintiyə texniki nəzarəti “Nippon KOEİ UK” şirkəti yerinə yetirir.